Kanadada müsəlmanlara hücum olub

Kanadada müsəlmanlara hücum olub

Kanadada son zamanlar müsəlmanlara aid məscid və mədəniyyət mərkəzlərinə həyata keçirilən hücumların sayı artıb.
 
Maide.Az xarici mediaya istinadən xəbər verir ki, Quebec əyalətinin şərqindəki 25 min əhalisi olan Sept-İles şəhərində yerləşən və məscid kimi istifadə edilən müsəlmanlara aid mədəniyyət mərkəzinə hücum edilib.
 
Şəhərdəki İslam Mədəniyyət Mərkəzinə daxil olan təcavüzkarlar məsciddəki rəfləri qırıb, divarları dağıdıblar.
 
Quebec əyalət polisi araşdırmalara başlayıb.
 
Qeyd edək ki, Kanadada keçən həftə də Kalgari şəhərində, iki məscidə hücum təşkil edilmişdi. Kalgari universitetində İslam dini və peyğəmbəri təhqir ehtiva edən yazılar asılmışdı. Hamilton şəhərindəki bir məscidi yandırmağa çalışan bir nəfər isə həbs olunmuşdu. /

Google+ WhatsApp ok.ru