Kanada da müsəlman xanımlara yeni yardım mərkəzi təsis ediləcək

Kanada da müsəlman xanımlara yeni yardım mərkəzi təsis ediləcək

Kanadanın Ontaryo əyalətinin cənub- qərbində yerləşən "Vindzor" şəhərində müsəlman xanımlara yeni yardım və dəstək mərkəzi yaradılacaq.
 
Maide.İnfo xəbər verir ki, Kanadanın Ontaryo əyalətinin cənub-qərbində yerləşən "Vindzor" şəhərində müsəlman xanımlara yeni yardım və dəstək mərkəzi yaradılacaq.
 
Yeni təsis ediləcək mərkəz cari ilin Avqust ayında öz işinə başlayacaqdır.
 
Bu mərkəz müsəlman xanımların dini və ictimai zəmində xüsusi ehtiyaclarını təmin etmək və onların istəklərinə cavab vermək məqsədi ilə yaradılacaqdır.
 
Məhviş Əyyub – müsəlman xanımlara yeni dəstək və kömək mərkəzi yaradılması layihəsinin rəhbəri, bu barədə deyib: "Bu mərkəz ona görə yaradılır ki, cəmiyyətdə təhqir və tənqidə məruz qalan müsəlman xanımların öz şikayətlərini demək və dəstək almaq üçün sığınacaq yerləri olsun. Halbuki, hər bir cəmiyyətdə mədəniyyət həssaslığı, irqi, dini və mənədi fərqliliyə hörmətlə yanaşılmalıdır".
 
O əlavə edib: "Yeni yaradılacaq mərkəzin ictimai xidmət işçiləri ərəbcə söhbət edəcək və dəstək və yardıma ehtiyacı olan müsəlman xanımları mərkəzə yönəldəcəklər".
 
Müsəlman xanımlara yeni yardım mərkəzi "Nisa Homes" müəssisəsinin nəzarəti ilə təsis ediləcək və fəaliyyət göstərəcəkdir. Bu müəssisə indiyədək bu məqsədlə digər regionlarda da iki mərkəz təsis etmişdir.

Google+ WhatsApp ok.ru