Kanadanın müxtəlif şəhərlərində məsciddə baş vermiş terrora görə aksiya keçirilib

Kanadanın müxtəlif şəhərlərində məsciddə baş vermiş terrora görə aksiya keçirilib

Kanadada məsciddə baş verən terror aktının ardınca bu ölkənin müxtəlif şəhərlərində mitinqlər keçirilib və  insanlar baş vermiş terror aktını pisləyiblər. 
Maide.Az xəbər verir ki,  ötən gecə Kanadanın Kvebek şəhər məscidində baş vermiş terror aktının pislənilməsi məqsədi ilə keçirilən mitinqdə  həmçinin hadisə qurbanlarının xatirəsi anılıb. 
Xatırladaq ki, Kanadada məsciddə 6 nəfərin ölümü ilə nəticələnən silahlı insident terror aktı kimi qiymətləndirilib. Hadisə zamanı həmçinin 8 nəfər yaralanıb, onlardan 5-i ağır vəziyyətdədir.

Google+ WhatsApp ok.ru