Karantində olan Meksikalı gənc İslamı qəbul etdi - VİDEO 08 Aprel 2020 17:01 Xəbərlər Aylardır internetdə İslamı araşdıran meksikalı gənc koronavirusa görə evində karantində olduğu müddətdə video-söhbət etdiyi müsəlmandan kəlimeyi şəhadəti öyrənib və İslamı qəbul edib. Maide.Az xəbər verir ki, "MilliQazete"nin xəbərinə görə, Mexiko şəhərində yaşayan Hektor Bonilla uzun müddət İslam barədə axtarış apararkən İnsan Dəyərləri Dərnəkləri Federasiyasının (IDDEF) Meksika nümayəndəsi Osman Reyes Salkedo tərəfindən hazırlanan videolara rast gəlib. Videoları bir müddət izləyən Hektor Bonilla IDDEF Meksika nümayəndəsi Osman Reyes ilə əlaqə qurub və istədiyi kitablardan İslam haqqında məlumat alıb. Qeyd edək ki, 174 milyonluq əhalisi olan Meksikada cəmi 1 faiz müsəlman yaşayır. Teqlər : #Karantində,#olan,#Meksikalı,#gənc,#İslamı,#qəbul,#etdi,#VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru AB Suriya mühasirəsinin tərəfdaşıdır Moskvada dəhşətli yanğın: ölənlər var