Kartofun içərisində narkotik maddə keçirmək cəhdinin qarşısı alınıb 12 Avqust 2015 01:00 Hadisə Bakı İstintaq Təcridxanasına (BİT) narkotik maddə keçirmək cəhdinin qarşısı alınıb. Bu barədə Penitensiar Xidmətin (PX) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Belə ki, PX əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasında saxlanılan, Cinayət Məcəlləsinin 234.1 maddəsinə əsasən azadlıqdan məhrum edilmiş Emin Əsəd oğlu Əliyevin yanına sovqat gətirmiş Bakı şəhəri, A.Ağayev küçəsi, ev 50 ünvanında yaşayan vətəndaş Orucəli Samir oğlu Məmmədovun gətirdiyi sovqata baxış keçirilən zaman bir ədəd kartofun içərisinə kustar üsulla yerləşdirilmiş bir ədəd sellofana bükülmüş xalis çəkisi 1,27 qram olan narkotik vasitə - marixuana aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır. Teqlər : #Kartofun içərisində narkotik maddə keçirmək cəhdinin qarşısı alınıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda özünü eyvandan atmaq istəyən qadın xilas edildi - VİDEO Bakıda 42 yaşlı kişi üzərinə benzin tökərək özünü yandırmağa cəhd edib