`Kağız üzərində maliyyələşdirmə`

`Kağız üzərində maliyyələşdirmə`

“Exo” qəzetində “Özünümaliyyələşdirmə alınmadı: Azərbaycanın regionlarında pul yoxdur” sərlövhəli məqalə oxumaq olar.
 
Yazıda bildirilir ki, hazırda hökumət əyalətlərə mümkün olduğu qədər az dotasiya ayırmaq niyyətindədir. 2013-cü ildə regionların özünü maliyyələşdirməyə keçməsindən ötrü sənəd hazırlanıb:
 
“Nazirliyin planına əsasən 2017-ci ildə 10-larla rayon özünümaliyyələşdirməyə keçməli idi. Amma bu baş vermədi. Şübhəsiz rayonlar sərbəst buraxmalıdır, çünki, onların təminatına hədən çox maliyyə xərclənir. Ən azı ölkə rayonlarının 90 faizinin özünü təmin etməsinə nail olmaq lazımdır. Amma indi bunu etmək real deyil”, - deyə iqtisadçı-ekspert Samir Əliyev qəzetə deyib.
 
İqtisadçı vurğulayıb ki, indi Bakı, Mingəçevir, Sumqayıt, Şirvan, Abşeron və İmişli istisna olmaqla qalan bütün regionlar subsidiya alır. Gələcəkdə bu siyahıya yenilərinin əlavə ediləcəyi isə real görünmür: «Ümumi Daxili Məhsulun 90 faizi Bakının və ona yaxın rayonların hesabına yaranır. Ölkə iqtisadiyyatı paytaxtda və ona qonşu olan zonalarda cəmləşdikdə, digər rayonlar zəif inkişaf edir. Azərbaycanda bu “sxem” işləyir".
 
İqtisadçı hesab edir ki, regionların inkişafına nail olmaqdan ötrü, ölkəyə xarici investisiya cəlb olunmalıdır. /

Google+ WhatsApp ok.ru