`Sözdə İKT istehsalı`

`Sözdə İKT istehsalı`

“Novoye Vremya” qəzetində “Yerli İnformasiya Kommunikasiya Texnologiyaları əfsanə” sərlövhəli məqalə diqqət çəkir.
 
Yazıda bildirilir ki, ölkədə İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) məhsulları istehsalında tənəzzül yaşanır.
 
Müəllif vurğulayır ki, ölkənin icra hakimiyyəti orqanları son zamanlar İKT-nin inkişafından danışırlar. Amma bu məsələ sözdən o yana keçmir: “Yerli mobil telefonların istehsalından, hələ 2012-ci ildə danışırdılar. Daha sonra yerli kompüter və planşetlərin istehsalını yoluna qoymaq istədilər, amma indi nə o var, nə də bu”.
 
Müəllifə görə, Azərbaycanda son 5 ildə bu sahədə vəziyyət dəyişməyib.
 
Yazıda bildirilir ki, Azərbaycan ildə 218 monitor ixrac, 81 min monitor isə idxal edir:
 
Müəllif vurğulayır ki, ölkədə istehsal olunan qaz və su sayğacları az-çox texnoloji avadanlıq sayıla bilər. Bu sahəyə daim dövlət sifarişi var və odur ki, statistikada “İKT məhsullarının istehsalı” artır.
 
Yazıda bildirilir ki, 2014-cü ildə ölkədə 38 min, 2015-ci ildə 49 min, 2016-cı ildə isə 173 min ədəd sayğac istehsal edilib. Qalan bütün istiqamətlər üzrə isə azalma müşahidə edilir.
 
Müəllif yazır ki, ölkə sayğaclarla tam təmin olunduqdan sonra, bu sahədə də inkişaf dayanacaq... /

Google+ WhatsApp ok.ru