Kağız üzərində inkişaf

Kağız üzərində inkişaf

"Novoye Vremya" qəzetində "İxrac "uğurları"" sərlövhəli məqalə yer alır.
 
Yazıda bildirilir ki, Dövlət Gömrük Komitəsi bu günlər 2017-ci ilin 4 ayında xarici ticarətə dair hesabat dərc edib:
 
"Hamı buna ölkəyə xarici valyuta gətirən mənbə kimi baxır. Az qala, hər gün ölkənin bu və ya digər məhsulu ixrac edə biləcəyi kimi bəyanatlar verilir və hətta hansısa "uğur"lardan danışırlar».
 
Müəllif yazır ki, bütün pozitiv bəyanatlar və deyilənlər rəsmi rəqəmlərlə çox nadir hallarda üst-üstə düşür:
 
"2017-c ilin ilk rübünə dair Dövlət Statistika Komitəsinin hərtərəfli hesabatı buna misal oldu. Məsələn, Statistika Komitəsi nədən bilmir ki, Çinə 66 ton yun göndərilib. Yun ixracı barədə hər hansı informasiya yoxdur".
 
Müəllifin yazdığına görə, halbuki, Çinə 66 ton yun göndərildiyi bəyan edilmişdi.
 
Yazıda vurğulanır ki, hətta rəsmi statistik rəqəmlərin özü belə, şübhə doğurur. Orada sadalanan rəqəmlər gerçək mənzərəni vermir.
 
Müəllif yazır ki, indi hökumət rəsmiləri ölkədə qeyri-neft sektorunun inkişaf etdiyini iddia edir. Statistik rəsmi rəqəmlər də belə düşünməyə əsaslar verir. Ancaq müəllif tamam fərqli düşünür:
 
"Bütünlükdə təhlil göstərir ki, qeyri-neft ixracında heç bir dəyişiklik yoxdur. Başqa sözlə, ixracın stimullaşdırılması ilə bağlı fəaliyyət özünü doğrultmur və yalnız kağız üzərindədir". 

Google+ WhatsApp ok.ru