Keniyada bəzi məscid və kilsələr sarı rəngə boyanıb

Keniyada bəzi məscid və kilsələr sarı rəngə boyanıb

Keniyadakı məscid və kilsələri eyni rəngə boyayan müsəlman və xristianlar, hamını terrora və zorakılığa qarşı sevgi" damı altında birlik olmağa çağırıb.
 
Maide.Az xəbər verir ki, Keniyada həyata keçirilən İnancın Rəngləri Layihəsi çərçivəsində ölkədəki bəzi məscid və kilsələr sarı rəngə boyanıb.
 
Layihənin koordinatoru Ramazan Obiero bildirib ki, xristianlar ilə müsəlmanlar arasındakı əlaqələrin gücləndirilməsi və mənfi düşüncələrin aradan qaldırılması məqsədilə bu addımı atmışıq. İslamın sevgi dini olduğunu həm keniyalıların həm də bütün dünyaya çatdırmaq istəyirəm. Son zamanlar artan terror hadisələrinə qarşı birlik mesajı vermək üçün fərqli dinlərin ibadət yerlərini eyni rəngə boyadıq. 
 

Google+ WhatsApp ok.ru