Kerri Moskvada Ukrayna və Suriyanı Putinlə müzakirə edəcək

Kerri Moskvada Ukrayna və Suriyanı Putinlə müzakirə edəcək

ABŞ dövlət katibi Con Kerri cümə axşamı Moskvada Ukrayna və Suriyanı Rusiya prezidenti Vladimir Putin ilə müzakirə edəcək.
 
Maide.Az "Reuters"-ə istinadən xəbər verir ki, bu barədə rəsmi Kremel çərşənbə günü məlumat yayıb.
 
ABŞ Dövlət Departamentinin başçısı Rusiyada 3 ay ərzində artıq ikinci dəfədir olur.
 
ABŞ və Avropa Birliyi Rusiyanı Ukraynanın cənub-şərqində qanlı böhran törətdiyinə və Krımın zəbt etdiyinə görə, sanksiyalarla cəzalandırmışdı. Lakin buna baxmayaraq, onlar İŞİD terror qruplaşmasının məh edilməsi yönündə birlikdə əməkdaşlıq edirlər.
 
"Prezident Putin cümə axşamı ABŞ dövlət katibi Con Kerri qəbul edəcək", - deyə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
 
 "Görüşün səbəbi aydındır: Bu, həm Suriya, həm Ukrayna, həm də ikitərəfli münasibətlər barədə olacaq".
 
Qeyd edək ki, eyni zamanda cümə günü Kerri və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov görüşəcəklər. /

Google+ WhatsApp ok.ru