İki dindar məhbus azadlığa çıxdı

2010-cu ilin 13 fevralında Peyğəmbərimizin vəfatı günü ilə əlaqədar keçirilən yürüşdə saxlanılaraq sonradan barələrində 4 il 6 ay həbs cəzası çıxarılan son iki məhbus da bu gün azadlığa çıxdı. 
 
Qeyd edək ki, həmin gün onlarla aksiya iştirakçısı polis tərəfindən saxlanılmışdı. Onların əksəriyyəti inzibatı çəza verilməklə azadlığa buraxılsa da, 5 nəfər - Elmar Səmədəv, Ağəli Yəhyayev, Seynur Hüseynov, Bilal Əhmədov və Elçin Abbasov barədə həbs qəti-imkan tədbiri seçilmişdi.
 
Məlumat üçün bildirək ki, 2010-cu il avqust ayının 3-də Yasamal Rayon Məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə keçirilən prosesdə, Elçin Abbasov və Seynur Hüseynov 4 il, Elmar Səmədov, Ağəli Yəhyayev və Bilal Əhmədov 4 il 6 ay müddətində azadlıqdan məhrum edilmişdi.
 
Elmar Səmədəv və Ağəli Yəhyayevin cəzaları bu gün başa çatıb və onlar azadlığa çıxıblar.
Allah digər günahsız məhbusların da qapısını açsın.
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru