İki gənc “iPhone 6S” almaq üçün böyrəklərini satışa çıxardı

Çində iki gənc oğlan “iPhone 6S” almağa pulları olmadığı üçün böyrəklərini satışa çıxarıblar.
Maide.az xəbər verir ki, Huanq və Vu adlı iki gənc küçənin ortasında əllərində plakat tutaraq böyrəklərini satışa çıxarıblar.
Bunu görən sakinlər polisə xəbər veriblər və polis hadisə yerinə gəlib. Orqan ticarətinin qadağan olunduğu Çində, hər iki gənc polis tərəfindən saxlanılaraq polis idarəsinə aparılıb.
Gənclər ifadələrində deyiblər ki, onlar “Apple”ın yeni modeli olan “iPhone 6S”i almaq üçün bu addımı atıblar./

Google+ WhatsApp ok.ru