Kişinyovda etiraz aksiyası davam edir

Moldovanın paytaxtı Kişinyovda 3 minədək insan etiraz aksiyası keçirir.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, paytaxta əyalətdən gələn etirazçıların sayı artıb.
 
Sentyabrın 7-də səhər saatlarında Kişinyovun mərkəzində 60 çadır quraşdırılmışdı. Hazırda çadırların sayı 150-yə çatıb.
 
Etirazçılar prezident və baş prokurorun istefasını, həmçinin, ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər.
 
Qeyd edək ki, sentyabrın 6-da Kişinyovda etirazçılar və polis arasında baş vermiş toqquşmalar nəticəsində 6 asayiş keşikçisi xəsarət alıb./

Google+ WhatsApp ok.ru