İkinci Dünya müharibəsi bombasına görə kütləvi təxliyə 04 Sentyabr 2017 01:00 Dünya Almaniyanın Frankfurt şəhərində İkinci Dünya müharibəsi dövründən qalmış böyük bir bomba aşkar edildikdən sonra, 65 minə yaxın sakinə evlərini təcili sürətdə tərk etmək göstərişi verilib. Maide.Az-ın BBC agentliyinə istinadən verdiyi xəbərə görə, ekspertlərə bombanı zərərsizləşdirməyə imkan vermək üçün sakinlər ərazidən 1 günlük müddətə təxliyə olunub. Polisin bildirdiyinə görə, evakuasiya başa çatdıqdan sonra bombanın zərərsizləşdirilməsi ilə bağlı işlərə start verilib. Bu, Almaniyada müharibədən sonra keçirilmiş ən irimiqyaslı təxliyə tədbiridir. Polis hamının ərazidən çıxdığına əmin olmaq üçün, mənzillərin hər bir yoxlama aparıb. Görülən təhlükəsizlik tədbirləri çərçivəsində hospitallar, qocalar evi və Almaniyanın mərkəzi bankı da təxliyə olunub. Güman edildiyinə görə, Almaniya ərazisində müharibə dövründən qalan yüz minlərlə partlamamış bomba var. Polis yerli mediaya bildirib ki, təxliyə nəzərdə tutulmuş cədvələ uyğun aparılıb və təhlükəli ərazini artıq hamı tərk edib. Çəkisi 1.4 ton olan Britaniya bombası tikinti meydançasında çərşənbə günü aşkar olunub. Teqlər : #İkinci Dünya müharibəsi bombasına görə kütləvi təxliyə, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Moskva müsəlmanları Myanmar soyqırımına etiraz aksiyası keçirib - FOTO /VİDEO Britaniya parlament nümayəndələri Tehrana səfər edəcək
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO