Kiyevdə məmuru güllələyən soydaşlarımız belə tutuldu - Video 27 Mart 2015 02:00 Dünya Ukraynada məmuru güllələyən azərbaycanlıların tutulması ilə bağlı video yayılıb. Kiyevin Bessarabsk bazarı yaxınlığında Ədliyyə Nazirliyinin yüksək vəzifəli məmurunu güllələyən azərbaycanlılar hüquq-mühafizə orqanları tərəfindən ələ keçirilib. Əməliyyat Kiyev şəhərində həyata keçirilib. Cinayətdə şübhəli bilinən həmyerlilərimizin ikisi avtomobilində saxlanılıb. Digəri isə şəhər restoranlarından birində oturarkən yaxalanıb. Qeyd edək ki, üç Azərbaycan vətəndaşı adı açıqlanmayan məmuru “Fellini” restoranından çıxarkən təqib ediblər və onun maşınını atəşə tutublar. Sui-qəsddən sonra cinayətkarlar hadisə yerindən qaçıb gizlənməyə çalışsalar da sonradan yaxalanıblar. Onların avtomobilinə baxış zamanı 4 tapança və avtomat tapılıb. Cinayətkarların nazirlik əməkdaşına avtomatdan atəş açdığı bildirilir. Onların yaxalanması əməliyyatında “Alfa” xüsusi təyinatlı dəstəsinin döyüşçüləri iştirak edib. AzNews Teqlər : #Kiyevdə məmuru güllələyən soydaşlarımız belə tutuldu Video, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Seyid Həsən Nəsrullahın Yəmənlə bağlı çıxışı gözlənilir İran ilə ABŞ arasında nüvə danışıqları İsveçrədə davam etdirilir
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO