Kiyevdə polislə radikal millətçilər arasında qarşıdurma olub - VİDEO

Kiyevdə polislə radikal millətçilər arasında qarşıdurma olub - VİDEO

 Ukraynanın paytaxtı Kiyev şəhərində Svaytaoşinsk Məhkəməsində millətçilərlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma yaranıb. Buna səbəb "Ukrayna Millətçiləri" hərəkatının lideri Nikolay Koxanivskin məhkəməsinin keçirilməsinə tərəfdarlarının maneə olmasıdır. 
 
Liderləri barəsində həbs qərarının çıxmasına imkan verməyən və məhkəmə zalını tərk etməyən radikal millətçiləri polis zor gücünə oradan uzaqlaşdırıb. İşıqları söndürərək və gözyaşardıcı qazdan istifadə edərək polis əməkdaşları radikalları zərərsizləşdirib. 
 
Toqquşmadan sonra 30 nəfər saxlanılıb. Kiyevin polis rəisi Andrey Krişenko "112 Ukrayna" telekanalına bildirib ki, hazırda məhkəmənin binasında vəziyyət normallaşıb, bütün saxlanılanlar "Şevçenko" adına Polis İdarəsinə aparılıb.(faktxeber)

Google+ WhatsApp ok.ru