Kılıçdaroğlu AK Partiya ilə koalisiya şərtini açıqladı

`Adı korrupsiyaya bulaşan şəxs siyasətdən çəkilməlidir`

CHP sədri Kamal Kılıçdaroğlu AK Partiya ilə mümkün koalisiya halında "korrupsiyanın üzərinə getmək şərti" vurğusunu edib.
 
 "BİZİM ARXA PLANIMIZ YOXDUR"
 
Maide.az Türkiyənin "Sözçü" qəzetinə istinadən xəbər verir ki, qəzetə müsahibəsində Kılıçdaroğlu, koalisiya danışıqlarında mövqelərini, "Biz prinsiplərimizi elan etdik. İndi top, bizim yox, AKP-nin sahəsindədir, AKP-nin bu fikirlərimizi nə dərəcədə qəbul edəcəyi və ya etməyəcəyindədir. Bizim arxa planımız yoxdur" sözləri ilə açıqlayıb.
 
 "BU MƏSƏLƏDƏ KİMSƏNİN TƏRƏDDÜDÜ OLMASIN"
 
 AK Partiya ilə koalisiyaya isti baxmayan bəzi partiyaların narahatçılığını də qiymətləndirən CHP lideri belə deyib: "AKP ilə bir koalisiya hökuməti qurulması halında, korrupsiyanın üstünə getməmək adlı bir şey barədə əsla söhbət gedə bilməz. Pozuntuların üstünə getməmək, hesab verməmək demək deməkdir. Bu isə CHP-ni bağlamaq kimi bir şeydir. Korrupsiyanın üstünə əlbəttə gedəcəyik. 13 illik AKP hökuməti ilə bağlı hər iddianı, hər hadisəni təbii ki araşdıracağıq. Bu məsələdə bir tərəddüd və narahatlı olmamalıdır.
 
 "KİMİN ADI KORRUPSİYAYA QARIŞDISA..."
 
 Siyasət mədəniyyətimizə bu ənənənin yerləşməsi lazımdır: Kimin adı korrupsiyaya qarışdıss, siyasət səhnəsindən çəkilməlidir. Siyasətdə itən, getdikcə azalan əxlaqi dəyərləri əldə etməyimiz lazımdır. Korrupsiyanı törədənlərə arxa çıxaraq siyasəti kütləşdirmək olmaz. Siyasəti xalqın yanında pis vəziyyətdə qoymamalıyıq. Buna ehtiyac var".

Google+ WhatsApp ok.ru