Kobani açıq muzey olacaq

Çərşənbə axşamı peşmərgə qüvvələrinin Suriyanın şimalındakı Kobani şəhərini 134 gün davam edən döyüşlərdən sonra azad etməsi yurd-yuvasından uzaq düşən kürdləri sevindirib.
 
İŞİD terror qruplaşmasından xilas edilərək kürdlərin nəzarətinə keçən Kobani şəhərində indi artıq dağıdılmış binalar, deşik-deşik olmuş divarlar nəzərə çarpır. PYD qüvvələri təmizlik işlərinə başlasalar da, Kobani kantonu başqa bir plan həyata keçirmək istəyir.
 
Döyüş izləri daşıyan bölgəni qoruyaraq açıq hava muzeyimə çevirməyi planlaşdıran kantonun Kobaninin Məştənur təpəsi adlanan yerdə yeni şəhər quracağı bildirilir.
 
Bu həm döyüşün izlərini qorumaq və kürd qüvvələrinin qazandığı zəfəri yaddaşlara həkk etmək, həm də yeni nəsilə göstərmək məqsədi daşıyır.
 
Bundan başqa, Kobani kantonu İŞİD yaraqlılarının zülmündən qaçaraq Türkiyəyə pənah gətirən kobanili qaçqınlara yazda geri qayıtmaq üçün müraciət edəcəyini də bəyan edib.ans

Google+ WhatsApp ok.ru