Kolumbiyada göyərtəsində 16 əsgərin olduğu vertolyot itib

Kolumbiyada göyərtəsində 16 əsgərin olduğu vertolyot itib

Kolumbiyada göyərtəsində 16 əsgərin olduğu vertolyot ilə əlaqə kəsilib.

"Report" BBC-yə istinadən xəbər verir ki, Ordu komandanlığı helikopterin qəzaya uğradığını ehtimal edir.

Xilasedicilər ölkənin qərb hissəsində yerləşən Tolima departamenti ərazisi üzərindən uçan vertolyotun yerini müəyyən etməyə çalışırlar.

Məlumata görə, vertolyot Sakit okean sahilində verilən tapşırığı yerinə yetirdikdən sonra geri qayıdırmış.

Google+ WhatsApp ok.ru