Konqoda Ebola virusuna yoluxanların sayı 500-ə çatıb

Konqoda Ebola virusuna yoluxanların sayı 500-ə çatıb

Konqo Demokratik Respublikasında iyul ayının sonundan Ebola virusuna yoluxanların sayı 500-ə çatıb.
 
Maide.Az bildirir ki, Trend-in məlumatına görə, bu barədə Konqonun Səhiyyə Nazirliyinin Twitter səhifəsində bildirilir.
 
Məlumatda bildirilir: "Virusun aşkar edildiyi vaxtdan 500 yoluxma halı qeydə alınıb. Onlardan 452-si təsdiqlənib, 48-i isə yoxlanılır".
 
Virusa yoluxanlardan 289-u dünyasını dəyişib, 172-si isə sağalıb.
 
Avqustun 8-dən 44 447 nəfər vaksinasiya olunub.
 

Google+ WhatsApp ok.ru