Kosovo parlamentində deputat etirazını gözyaşardıcı qazla bildirdi - VİDEO

Kosovo parlamentində deputat etirazını gözyaşardıcı qazla bildirdi - VİDEO

Kosovoda deputat Parlamentin Xarici Əlaqələr Komitəsinin, bu ölkənin Monteneqro ilə sərhəd müqaviləsinə dair iclasını  pozmaq üçün gözyaşardıcı qazdan istifadə edib. 
 
Maide.Az xəbər verir ki, Kosovo parlamentində müxalif deputat Diretun Kuşi  iclas zamanı zala gözyaşardıcı qaz atıb. 
 
Monteneqro ilə sərhəd müqaviləsinə etiraz edən deputatlar deyir ki, bu layihənin qəbul olunması ilə Kosovo 8 min hektar ərazisini itirir. 
 
Qeyd edək ki,  bundan öncə fevral ayında da Kosovo parlamentində müxalif deputatlar gözyaşardıcı qazdan istifadə  etmişdilər.  Müxalif deputatlar artıq bir neçə dəfə bu yolla iclasın gedişatını pozurlar.(presstv)
 
Videonu təqdim edirik: 

Google+ WhatsApp ok.ru