Kovboylar da ayağa qalxdı

Aksiya Vaşinqtonda uzun müddət nəqliyyatın hərəkətinə əngəl törədib

Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda kovboylar etiraz aksiyası keçiriblər. Aksiya uzun müddət şəhərdə nəqliyyatın hərəkətinə əngəl törədib.
Əslində, aksiya, sentyabrın 26-sında Kaliforniya ştatında başlayıb. Kovboylar bu zaman ərzində 4500 kilometrlik yolu qət edərək Vaşinqtona şikayətə gəliblər. 
Kovboyların şikayət ərizəsində federal hökumətlər təndiq hədəfinə çevrilib. Onlar ölkə ərazində nəsli tükənməkdə olan növlərə qayğı göstərilməməsi, su qıtlığı və genişmiqyaslı meşə yanğınlarına səbəb olan amillərdən Ağ Evə şikayət edirlər. 
Ərizədə qeyd olunur ki, yuxarıda göstərilən səbəblərdən dolayı yerli təsərrüfat, ailələr, meşə örtüyü və heyvanat aləmi ziyan çəkir. Aksiyaçılar öz vebsaytlarında vəziyyətlə əlaqədar hökumətin tədbirlər görməsini tələb ediblər. /

Google+ WhatsApp ok.ru