Kral İŞİD-ə dəstəyə görə 3 vəhabi alimini 75 il həbs etdi

Səudiyyə Ərəbistanında 3 vəhhabi alimi həbs olunub. Onlar terrora dəstək verməkdə ittiham olunurlar. 
 
Haqlarında 20 və 30 il arası həbs verilmiş şəxslər əvvəllər Ərəbistan telekanallarında çıxışlar ediblər.
 
Terrora dəstək verməkdə ittiham olunan şeyx Nəsir Əl Fəhdə 31 il, Şeyx Əli Əl Hüdeyrə 23 il, Şeyx Əhməd Əl Xəlil haqqında isə 21 il həbs cəzası verilib.
 
Qeyd edək ki, Səudiyyə Kralı bir müddət öncə də Ərəbistanın tanınımış şiə alimi Şeyx Nimir Baqirən-Nimirə 17 il həbs cəzası verib. Öncə onun barəsində ölüm hökmü çıxarmış rejim məhkəməsi beynəlxalq təpkilərdən sonra geriyə addım atmaq məcburiyyətində qalıb. Şiə alimi bundan əlavə 100 min rial məbləğində cərimə olunub.
 
Şeyx Nimirin vəkilinin sözlərinə görə, çıxarılan ədalətsiz qərarla bağlı apelyasiya şikayəti veriləcək.

Google+ WhatsApp ok.ru