Kürdəmirdə 5 yaşlı uşaq su quyusuna düşərək ölüb

Kürdəmir rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb.
 
Hadisə bu gün axşam saatlarında rayonun Topalhəsənli kəndində baş verib.
 
Nəzarətsiz qalan 2011-ci il təvəllüdlü Həzrət Rahim oğlu Abdullayev həyətdəki su quyusuna düşərək  ölüb.
 
Rayon prokurorluğu hadisə ilə bağlı araşdırma aparır.

Google+ WhatsApp ok.ru