Kürd yaraqlıları Türkiyədə polis məntəqəsinə basqın ediblər, xəsarət alanlar var

Kürdüstan Fəhlə Partiyasının (PKK) yaraqlıları Türkiyənin Mardin vilayətində polis məntəqəsinə basqın ediblər. Bu barədə Trend çərşənbə günü “Milliyet” qəzetinə istinadən xəbər verir.

Hücum nəticəsində iki yüksək çinli polis əməkdaşı yaralanıb.

Hüquq-mühafizə orqanı əməkdaşlarının hadisə yerinə gəlməsindən sonra PKK tərəfdarları vilayətdə bir sıra yolları bağlayıblar.

Məlumata görə, polis yolları açmağa nail olub. /

Google+ WhatsApp ok.ru