Kredit borcuna görə qadın qadını bıçaqladı 13 Aprel 2016 01:00 Hadisə Şəmkirdə kredit borcu üstündə dava düşüb. Bu gün səhər saatlarında Şəmkirin Dəllər qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. Qəsəbə sakini, 35 yaşlı Ülviyyə Nəsibova hələlik şəxsiyyəti məlum olmayan qadın tərəfindən bıçaqlanıb. Bədənin müxtəlif nayihələrindən yaralanan qadın dərhal Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Yerli hüquq mühafizə orqanlarının verdiyi məlumata görə, Ülviyyə Nəsibovanın tanışı onu kredit borcu üstündə yaranan mübahisə zəminində bıçaqlayıb. Faktla bağlı araşdırma aparılır. (Kəpəz TV) Teqlər : #Kredit borcuna görə qadın qadını bıçaqladı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Binəqədidəki silahlı insidentin səbəbi: qadın 35 min manat borca görə killer tutub Bakıda sərnişin avtobus sürücüsünün boğazını kəsdi