KİV: Ermənistan tərəfinin itkiləri rəsmi açıqlanan rəqəmlərdən dəfələrlə çoxdur

Təmas xəttində vəziyyətin kəskinləşməsi nəticəsində Ermənistan tərəfinin itkiləri rəsmi açıqlanan rəqəmlərdən dəfələrlə çoxdur. "Report" xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat verib.
 
Hospital, xəstəxana və morqların məlumatına görə, öldürülmuş erməni hərbçilərinin sayı 300-dən artıqdır.
 
"Son günlərdə baş verən döyüşlərin nəticəsində Ermənistan tərəfindən 29 nəfərin ölməsi, 28 nəfərin itkin düşməsi, eləcə də 14 tank, 4 BMP-nin məhv edilməsi barədə rəsmi bəyanat yayılıb. Əlbəttə, ölkə rəhbərliyi arzuladıqlarını reallıq kimi təqdim etməklə siyasi sabitliyi və ölkədəki hakimiyyəti qorumağa çalışır. Amma məntiqli düşünsək, xeyli sual yaranır. Məsələn, zirehli texnikaların ekipajları (hər birində azı 3 nəfər), artilleriya qurğularına cavabdeh olanlar və ön cəbhədə olan şəxsi heyət hara yoxa çıxıb? Bu kimi suallar real rəqəmlər haqqında düşünməyə vadar edir", - deyə Ermənistan KİV-i yazıb.

Google+ WhatsApp ok.ru