KXDR Tokio olimpiadasından imtina etdi 06 Aprel 2021 11:02 Xəbərlər Koreya Xalq Demokratik Respublikası (KXDR) Tokio Yay Olimpiya Oyunlarında təmsil olunmayacaq. "Report"un "Yonham" agentliyinə istinadən məlumatına görə, bu addım idmançıları koronavirus infeksiyasından qorumaqdan ötrü atılıb. Belə bir qərar KXDR Milli Olimpiya Komitəsinin iclasında qəbul edilib. Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 24 iyul - 9 avqust 2020-ci ildə keçirilməli idi. Lakin Oyunlar koronavirus pandemiyası ilə əlaqədar bu il 23 iyul - 8 avqusta təxirə salınıb. Teqlər : #KXDR,#Tokio,#olimpiadasından,#imtina,#etdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İranda İsrailə casusluq edən şəxs saxlanılıb Ukraynanın şərqində atəşkəs pozulub, iki əsgər həlak olub
Azərbaycana idxal olunan bu avtomobillərə tətbiq edilən vergi və gömrük rüsumlarına yenidən baxılacaq