Ölənlərin sayı 380-ə çatdı

“Həmas”ın liderlərindən birinin oğlu, gəlini və iki nəvəsi də ölüb

Bu gün səhər saatlarında baş verən şiddətli atışmadan sonra İsrail tərəfi iki saatlıq “humanitar atəşkəs” elan etmişdi. Lakin bir saat keçəndən sonra bu atəşkəs pozuldu. İsrail tərəfi “Həmas” qruplaşmasının atəşkəsə əməl etmədiyini bildirib. Atəşkəsdən sonra yenidən şiddətlənən atışmada Qəzza şəhərinin müxtəlif bölgələri raket atəşinə məruz qalıb. Fələstində ölənlərin sayı isə 380 nəfərə çatıb. İsrail tərəfdən isə 5 nəfərin, 3 hərbçi və iki dinc sakinin həlak olduğu, 20-dən çox yaralının olduğu deyilir.
 
Qəzza şəhəri ətrafında yaşayan yüzlərlə sakin yaşayış yerlərini tərk etməli olub. Şahidlər çox sayda ölü və yaralının olduğunu deyirlər. Ölənlər arasında “Həmas” qruplaşmasının liderlərindən birinin oğlu, gəlini və iki nəvəsinin olduğu deyilir. “Həmas” üzvləri də İsrailin atəşinə raket zərbələri ilə cavab verdiklərini bəyan ediblər.
 
Həmaz qruplaşması döyüşlər zamanı ələ keçirilən İsrail ordusuna məxsus silah-sursatı nümayiş etdirən görüntlər yayımlayıb. Məlumata görə, bir qrup silahlı İsrail ordusunun formasını geyinərək yeraltı tunellər vasitəsilə cənubi İsrail ərazisinə daxil olmağa cəhd göstərib. İsrail ordusu da gecə saatlarında tərəflər arasında döyüşlərin getdiyini təsdiqləyib. 

Google+ WhatsApp ok.ru