Lənkəranda yağışdan sonrakı vəziyyət-Foto

Göyşaban kənd sakini Kamil Şiriyevin evini və həyətyanı sahəsi intensiz yağışlardan sonra su basıb
İntensiv yağışlar bir çox yerləri sel suları altında qoyduğu kimi Lənkəranın mərkəzi də yağışdan sonra keçilməz olub.Rayon sakinləri bildirir ki, Lənkəran şəhər 5 saylı məktəb təzə təmir olunsada həyəti gölə dönüb.Şagirdlər məktəbə getmək üçün bir neçə dəfə yolu digər tərəfə keçib qayıtmağa məcbur olurlar.
Məktəbin yanındakı uşaq baxçasına getmək üçün isə xüsusi istedad tələb edilir.Belə ki, baxçanın ərazisi və küçədən giriş hissəsi tamamilə su ilə örtülüb. Sakinlər aidiyyatı orqanlardan tələb edir ki, rayonu sel sularından qurtarsın.
Qeyd edək ki,Lənkəranda sel sularında boğulmaq təhlükəsi ilə üzləşən bir nəfər xilas olunub.Rayonun Göyşaban kənd sakini Kamil Şiriyevin evini və həyətyanı sahəsi intensiz yağışlardan sonra su basıb. Evini vaxtında tərk edə bilməyən K. Şiriyev suyun səviyyəsi getdikcə qalxdığından Fövqəladə Hallar Nazirliyinə zəng vurub.

Hadisə yerinə FHN-in Cənub Regional Mərkəzinin xüsusi riskli xilasediciləri cəlb olunub.

Hava şəraitinin yağmurlu olması xilasedicilərin işini çətinləşdirsə də, lazımi təhlükəsizlik tədbirləri görülüb. K. Şiriyevi təhlükəli zonadan uzaqlaşdırmaq üçün qayıqdan istifadə edilib. Evdən çıxarılaraq qayığa mindirilən K. Şiriyev xilas edilərək yaxınlarına təhvil verilib.
cenubnews.com/

Google+ WhatsApp ok.ru