Lənkəranda iki mikroavtobus toqquşdu: 8 yaralı (FOTOLAR)

Lənkəranda iki mikroavtobus toqquşub.
 
APA-nın cənub bürosunun məlumatına görə, hadisə martın 23-də saat 12.00 radələrində Lənkəran-Boradigah şosesinin rayonun Veravul kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
 
Lənkəran şəhər sakini Kazım Əzizovun idarə etdiyi “Mercedes” markalı, 10 NC 952 dövlət nömrə nişanlı sərnişin mikroavtobusu hərəkətdə olarkən sürücüsünün şəxsiyyəti hələlik məlum olmayan “Mercedes” markalı, 10 NU 769 dövlət nömrə nişanlı sərnişin mikroavtobusu arxadan ona çırpılıb.
 
Güclü zərbədən öndəki mikroavtobus yoldan çıxaraq aşıb.
 
Nəticədə nəqliyyat vasitəsindəki sərnişinlərdən 8-i - 80 yaşlı İsrafil Quluzadə, 54 yaşlı Məmləkət Rzazadə, 42 yaşlı Əfləddin Məlikov, 62 yaşlı Asya Cahangirova, 48 yaşlı Elza Məhərrəmova, 52 yaşlı Həqiqət Əhədova, 21 yaşlı Ramin Quluzadə və 50 yaşlı Cəmalə Əzimova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
 
Onlar Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. 
 
Qəzanın dəqiq başvermə səbəbləri keçirilən avtoekspertizanın rəyindən sonra məlum olacaq.
 
Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırmalara başlanıb.
 









Google+ WhatsApp ok.ru