Lənkərandan Rusiyaya birbaşa uçuş

Rusiyanın Sibir regionunda, xüsusən də Novosibirsk əyalətində yaşayan cənub bölgə sakinlərinin yol narahatlığına bu gündən son qoyulub.
 
ANS PRESS-in məlumatına görə, bu imkanı Sibir bölgəsində yaşayanlara yeni fəlaiyyətə başlayan Novosibirsk-Lənkəran-Novosibirsk birbaşa reysi yaradıb.
 
Birbaşa reysi 75 yerlik An-148 təyyarəsi həyata keçirir. Aviokompaniyanın təmsilçisi birbaşa reysin sərnişinlərin rahatlığı ilə yanaşı, bölgədə turizmin inkişafına da müsbət təsir edəcəyi qənaətindədir.
 
Aviakompaniyada yeni reysin rəhbəri Dmitri Mislikov reys haqda deyib: "Bizə çox xoşdur ki, nəhayət təyyarə ilə uçub sizə qonaq gəldik. İndi Azərbaycan öz inkişafı, tərəqqisi ilə bütün dünyanın diqqətindədir. Sibir regionu sakinləri çox sevinir ki, nəhayət ki, Lənkərana - bu gözəl istirahət güşəsinə, kurort məkanına birbaşa reys açıldı".
 
Hələlik Lənkəran –Novosibirsk birbaşa reysi həftədə bir dəfə uçuş həyata keçirir. Gələcəkdə tələbat olacağı təqdirdə reyslərin sayı artırıla bilər.
 
Təyyarə saat 11-də Lənkərana enir, 12-də qalxır. 75 sərnişinlk təyyarə Rusiya istehsalıdır.
 
Reyslə uçuş müddəti 4 saat 40 dəqiqə, biletin gediş qiyməti 270 manat, hər iki tərəfə gedib-gəlmək isə 524 manat təşkil edir./

Google+ WhatsApp ok.ru