Lənkəranda İmam Həsənnin (ə) mövludu qeyd edilib

İmam Həsən (ə)-ın mübarək mövlud günü münasibətilə Lənkəran şəhər Əbulfəzlil-Abbas məscidində mövlud tədbiri keçirilib.
 
Tədbir Qurani-Kərimin tilavəti ilə başlayıb.  Ardınca alimlər tədbir iştirakçılarını təbrik edərək, mübarək Ramazan ayından və təqvadan söz açıblar.
Sonra mövlud tədbirində məddahlar  İmam Həsən (ə) həsr edilmiş gözəl surudlar səsləndirib.
Sonda cəmlə Şam və Xıftən namazı qılındıqdan sonra iftar süfrəsi açılıb.

Google+ WhatsApp ok.ru