Lənkəranda kütləvi zəhərlənmə

Lənkəranda kütləvi zəhərlənmə

Lənkəran rayonunun ucqar Daşdatük kəndində kütləvi zəhərlənmə hadisəsi baş verib.

"Report"un Cənub bürosunun məlumatına görə, sentyabrın 5-də Lənkəran Rayon Mərkəzi Xəstəxanasının İnfeksion şöbəsinə zəhərlənmə diaqnozu ilə 50-dən çox xəstə daxil olub. Xəstələr son üç gün ərzində zəhərlənsələr də, yalnız bu gün xəstəxanaya müraciət ediblər. Xəstələrin əksəriyyətini 3-12 yaş arası uşaqlar təşkil edir. Onların arasında 2 nəfər böyük də var.

Bəzləri zəhərlənmənin sudan baş verdiyini ehtimal etsə də, kənd sakinləri bunu təkzib ediblər. /

Google+ WhatsApp ok.ru