Lənkəranda kütləvi dava - Bıçaqlananlar var

Lənkəranda kütləvi dava - Bıçaqlananlar var

Lənkəranda bıçaqlanma hadisəsi qeydə alınıb.
 
Maide.Az APA-ya istinadən xəbər verir ki, hadisə Lənkəran şəhəri ərazisində qeydə alınıb.
 
Şəhər sakini, 1977-ci il təvəllüdlü Eyni Qurban oğlu Paşayev bıçaq yarası ilə Lənkəran rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta ağır kimi qiymətləndirilir.
 
Digər bıçaq yarası alanın şəxsiyyəti müəyyənləşdirilir. Onun yüngül xəsarət aldığı bildirilir.
 
Hadisənin səbəbləri araşdırılır.
 

Google+ WhatsApp ok.ru