İlahi! Onu sevəni Sən də sev...

İlahi! Onu sevəni Sən də sev...

Hüzeyfə ibn Üseyd Qifari belə nəql edir:

لَمّا صَدَرَ رَسولُ اللّهِ (ص) مِن حَجَّةِ الوَداعِ نَهى أصحابَهُ عَن شَجَراتٍ بِالبَطحاءِ مُتَقارِباتٍ أن يَنزِلوا تَحتَهُنَّ، ثُمَّ بَعَثَ إلَيهِنَّ فَقُمَّ ما تَحتَهُنَّ مِنَ الشَّوكِ، وعَمَدَ إلَيهِنَّ فَصَلّى تَحتَهُنَّ، ثُمَّ قامَ فَقالَ: يا أيُّهَا النّاسُ، إنّي قَد نَبَّأَنِيَ اللَّطيفُ الخَبيرُ أنَّهُ لَم يُعَمَّر نَبِيٌّ إلاّ نِصفَ عُمُرِ الَّذي يَليهِ مِن قَبلِهِ، وإنّي لَأَظُنُّ أنّي يوشَكُ أن اُدعى فَاُجيبَ، وإنّي مَسؤولٌ، وإنَّكُم مَسؤولونَ، فَماذا أنتُم قائِلونَ؟ قالوا: نَشهَدُ أنَّكَ قَد بَلَّغتَ وجَهَدتَ ونَصَحتَ، فَجَزاكَ اللّهُ خَيرًا، فَقالَ: ألَيسَ تَشهَدونَ أن لا إلهَ إلاَّ اللّهُ وأنَّ مُحَمَّدًا عَبدُهُ ورَسولُهُ؟ وأنَّ جَنَّتَهُ حَقٌّ ونارَهُ حَقٌّ؟ وأنَّ المَوتَ حَقٌّ؟ وأنَّ البَعثَ بَعدَ المَوتِ حَقٌّ؟ وأنَّ السّاعَةَ آتِيَةٌ لا رَيبَ فيها؟ وأنَّ اللّهَ يَبعَثُ مَن فِي القُبورِ؟ قالوا: بَلى نَشهَدُ بِذلِكَ، قالَ: اللّهُمَّ اشهَد.

ثُمَّ قالَ: أيُّهَا النّاسُ، إنَّ اللّهَ مَولايَ وأنَا مَولَى المُؤمِنينَ، وأنَا أولى بِهِم مِن أنفُسِهِم، فَمَن كُنتُ مَولاهُ فَهذا مَولاهُ ـ يَعني عَلِيًّا ـ اللّهُمَّ والِ مَن والاهُ وعادِ مَن عاداهُ.

ثُمَّ قالَ: يا أيُّها النّاسُ، إنّي فَرَطُكُم، وإنَّكَم وارِدونَ عَلَيَّ الحَوضَ، حَوضٌ أعرَضُ ما بَينَ بُصرى وصَنعاءَ، فيهِ عَدَدُ النُّجومِ قِدحانٌ مِن فِضَّةٍ، وإنّي سائِلُكُم حينَ تَرِدونَ عَلَيَّ عَنِ الثَّقَلَينِ، فَانظُروا كَيفَ تخلُفونّي فيهِما، الثَّقَلُ الأَكبَرُ كِتابُ اللّهِ عَزَّوجَلَّ، سَبَبٌ طَرَفُهُ بِيَدِ اللّهِ وطَرَفُهُ بِأَيدِيكُم، فَاستَمسِكوا بِهِ لا تَضِلّوا ولا تَبَدَّلوا، وعِترَتي أهلُ بَيتي، فَإِنَّهُ نَبَّأَنِيَ اللَّطيفُ الخَبيرُ أنَّهُما لَن يَنقَضِيا حَتّى يَرِدا عَلَيَّ الحَوضَ.

“Peyğəmbəri-Əkrəm (s) “Vida həcci”ndən qayıdarkən səhabələrini qarşıdakı kölgəlik və sıra ilə düzülmüş ağaclıqların altına getməyə icazə vermədi. Sonra isə bir neçə nəfəri onların altını təmizləmək üçün göndərdi. Daha sonra özü ora gedib ağacların altında namaz qıldı və sonra ayağa qalxıb buyurdu: “Ey camaat, bilikli və (hər şeydən) agah Allah mənə xəbər vermişdir ki, hər peyğəmbərin ömrü özündən qabaqkı peyğəmbərin ömrünün yarısı qədərdir! Mən elə güman edirəm ki, tezliklə çağırılacaq və bu (çağırışı) qəbul edəcəyəm. Mən də sorğu-sula tutalacaq, siz də sorğu-suala tutulacaqsınız. Bəs, o zaman nə deyəcəksiniz?” Onlar dedilər: “Biz şəhadət verəcəyik ki, sən (peymanı) çatdırdın, zəhmət çəkdin və öyüd-nəsihət etdin. Allah-Taala sənə layiqli mükafat versin!” Peyğəmbəri-Əkrəm (s) buyurdu: “Məgər şəhadət vermirsinizmi ki, Allahdan başqa heç bir məbud yoxdur, Muhəmməd Onun bəndəsi və elçisidir, Onun Behişt və Cəhənnəmi haqdır, ölüm haqdır, ölümdən sonra həyat haqdır, Qiyamətin bərpasında şəkk-şübhə yoxdur, Allah-Taala qəbirlərdə olanları qaldıracaq?” Onlar dedilər: “Bəli, şəhadət veririk.” Həzrət buyurdu: “İlahi, şahid ol!”

Sonra buyurdu: “Ey camaat, Allah-Taala mənim sərvərim və mövlamdır və mən də sizin mövlanız və canınıza hakiməm! Belə isə mən hər kəsin mövlası və rəhbəriyəmsə, bu da – Əli – onun mövlası və rəhbəridir. İlahi! Onu sevəni Sən də sev, ona düşmən olana Sən də düşmən ol.”

Sonra buyurdu: “Ey camaat, mən sizdən əvvəl ayrılıram və siz mənə “Kövsər” hovuzunun yanında qovuşacaqsınız! Onun əhatəsi “Busra” ilə “Səna”nın arasındakı fasilə, qızıl qədəhləri isə ulduzların sayı qədərdir. “Kövsər” hovuzunun yanında mənə qovuşduqda, sizdən iki ağır və qiymətli əmanət haqda sorğu-sual edəcəyəm. Belə isə baxın, görün, məndən sonra onlarla necə davranacaqsınız: böyük əmanət Allahın kitabıdır ki, bir tərəfi Allah-Taalanın əlində, o biri tərəfi isə sizin əlinizdədir. Bəs, ondan yapışın ki, heç vaxt azğınlığa düşməyib, yolunuzu dəyişməyəsiniz. O biri isə, xanədanım olan Əhli-beytimdir! Elmli və (hər şeydən) agah Allah mənə xəbər vermişdir ki, bu iki əmanət “Kövsər” hovuzunda mənə qovuşana qədər heç vaxt bir-birindən ayrılmayacaqdır.” (“Əl-mocəmol-kəbir”, c.3, səh.180, hədis 3052.)

Maide.az – Maarif bölümü

 

 

Google+ WhatsApp ok.ru