Laricani: Rusiya bəzi ölkələrin parlamentləri ilə əməkdaşlıq edərək yeni qurum yaratmaq istəyir

İran İslam Şurası Məclisinin sədri Avrasiya Parlamentləri sədrlərinin iclasında iştirak etmək üçün Moskvaya səfər edib.
 
Maide.az xəbər verir ki, İRİB-in məlumatına görə, İslam Şurası Məclisinin sədri Əli Laricani Tehranı tərk etməzdən öncə jurnalistlərə verdiyi açıqlamasında Rusiya Dövlət Dumasının rəhbəri Sergey Narışkinin dəvəti əsasında bu səfərin baş tutduğuna toxunaraq bildirib ki, Rusiya bəzi ölkələrin parlamentləri ilə əməkdaşlıq edərək yeni qurum yaratmaq istəyir.
 
Əli Laricani deyib ki, Regionda önəmli hadisələr baş verməkdədir və digər tərəfdən region da həm iqtisadi inkişaf və təhlükəsizlik böhranlarının şahididir.
 
İran parlamenti sədrinin sözlərinə görə, hazırkı şərait belə qurumların yaradılması ilə həmrəyliyin artırılmasına ehtiyac duyur. İran bu yolun düzgün olduğuna inanır və İran parlamenti də bu məsələni müsbət qarşılayır.
 
Əli Laricani həmçinin bildirib: İran heyəti Parlamentlərin sədrlərinin iclas çərçivəsində iştirakçı heyətlərlə də görüşlər keçirəcək. 

Google+ WhatsApp ok.ru