Lavrov: Biz həmsədr qismində Qarabağ münaqişəsinin həllinə kömək göstərəcəyik

Lavrov: Biz həmsədr qismində Qarabağ münaqişəsinin həllinə kömək göstərəcəyik

Biz həmsədr qismində Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək göstərəcəyik.
 
Bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla mətbuat konfransı zamanı deyib.
 
O bildirib ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyevlə səmərəli görüş keçilirib.
 
Nazir xatırladıb ki, ötən həftə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya səfəri baş tutub:
 
“Səfərin yekununda vacib razılaşmalar əldə olunub”.
 
S.Lavrov bildirib ki, Dağlıq Qarabağ münaqişəsi postsovet məkanında uzanmış münaqişələrdən biridir:
 
“Biz anlayırıq ki, kompromis olmalıdır. Biz həmsədrlər olaraq məsələnin həllinə kömək göstərəcəyik. Ümid edirik ki, nəticələr olacaq”. /Trend
 

 

Google+ WhatsApp ok.ru