Lavrov: Rusiya yolundan dönən deyil

Xarici təzyiq Rusiyanın prinsipial xarici siyasət kursunu yenidən nəzərdən keçirməyə gətirib çıxarmayacaq.
 
Bu barədə Rusiyanın XİN başçısı Sergey Lavrov XİN-in Diplomatik Akademiyasında çıxışında deyib. 
 
“Xaricdən olan təzyiq bizim düzgün hesab etdiyimiz prinsipial kursumuza yenidən nəzərdən keçirməyə gətirib çıxarmayacaq”, - nazir qeyd edib. 
 
Lavrov qeyd edib ki, Vaşinqton qlobal antirusiya koalisiyası yaratmağa nail olmadı. 
 
“Əksər ölkələrlə bizim dialoqumuz gedir. Rusiyanın ölçülmüş xəttinə dünya ictimaiyyətinin artan dəstəyi var”, - nazir deyib. 
 
Lavrov bəyan edib ki, görünür ABŞ-da hegemonluğa can atmanın hansı nəticələrə səbəb olduğu barədə unudublar. 
 
“Yaxın Şərqdə terrorizmin geniş vüsət alması xaricdən demokratiyanın ixracının nəticəsidir”, - nazir qeyd edib. 

Google+ WhatsApp ok.ru