Lavrov və Məmmədyarovun telefon danışığı

Lavrov və Məmmədyarovun telefon danışığı

-- ikitərəfli münasibətlərdə aktual məsələlər müzakirə olunub

Cümə günü RF XİN başçısı Sergey Lavrovun Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla telefon danışığı olub.
 
RF XİN-in mətbuat xidmətinin məlumatına görə, ikitərəfli münasibətlərdə aktual məsələlər müzakirə olunub. Nazirlər həmçinin V Xəzər Sammitinə hazırlıq və qarşıda duran Xəzərin Hüquqi Statusu haqqında Konvensiyanın imzalanması məsələlərinə toxunublar.
 
"Dağlıq Qarabağ nizamlanmasının bəzi aspektlərinə də toxunulub", deyə məlumatda bildirilir.
 
Xatırladaq ki, dünən Ermənistan XİN başçısı Edvard Nalbandyan Moskvaya gedib, orada Lavrovla Qarabağda təmas xəttində vəziyyəti müzakirə edib.
 
Ermənistan tərəfi ölkədə siyasi sabitliyin pozulması fonunda Azərbaycan tərəfindən döyüş əməliyyatlarının başlayacağından ehtiyatlandığını gizlətmir.
 
Ekspertlərin fikrincə, Moskva Azərbaycanı belə bir addımdan çəkindirməyə çalışır və RF Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin bu yaxınlarda Bakıya səfəri də Bakını müharibəyə başlamamağa razılaşdırmaq məqsədi daşıyırdı.(contact.az)

Google+ WhatsApp ok.ru