Lerik rayonuna güclü qar yağıb

Lerik rayonuna güclü qar yağıb

-- Qarın hündürlüyü 35 santimetrə çatdı

Lerik rayonuna güclü qar yağıb.
 
Maide.Az bildirir ki, bu barədə Trend-ə rayon İcra Hakimiyyətindən məlumat verilib.
 
Məlumatda bildirilir ki, dekabrın 6-sı axşam saatlarından başlayan qar hələ də yağmaqda davam edir. Rayonun mərkəzində qar örtüyünün qalınlığı 15-20, ucqar kəndlərdə isə 35 santimetrə çatıb.
 
Qeyd olunub ki, qarın yağmasına baxmayaraq, kəndlərdə və rayon ərazisində çətinlik yaranmayıb.
 
Xatırladaq ki, Naxçıvan MR-ə və Şəkiyədə qar yağıb. 
 
 

Google+ WhatsApp ok.ru