Lerikdə rayon mərkəzini su basdı

Lerik rayon mərkəzini su basıb.
 
"Report"un məlumatına görə, rayonun Avtovağzal adlanan ərazisində yerləşən fərdi yaşayış evləri, ticarət obiyektləri və digər inzibati binalara ziyan dəyib.
 
Zərərçəkənlərdən Rüfət Ramazanov sayta bildirib ki, yerli sakinlər qrunt sularının axın istiqamətini dəyişmək üçün kanallar qazsalar da, problem həll olunmayıb: "Dağlıq ərazilərdə və yüksəkliklərdə qar əridikcə qrunt suları aşağı məhəllələri basır. Burada iki ədəd böyük diametrli boru olub ki, qrunt suları axıb getsin. Lakin həmin borular lillə dolduğundan, su axa bilmir. Nəticədə yağış və qrunt suları bu ərazidə cəmlənir. Qrunt suları torpaq səviyyəsindən 50 santimetrə, bəzi yerlərdə 1 metrə qədər qalxıb"./
 
 
 
 

Google+ WhatsApp ok.ru