Lerikdə canavarlar kəndə hücum edib

Lerik rayonunda canavarlar kəndə hücum edib.
 
Yerli sakinlərin APA-nın cənub bürosuna verdikləri məlumata görə, hadisə ötən gecə rayonun “40-cı kilometr” deyilən yaşayış məntəqəsində qeydə alınıb. Kəndə soxulan yırtıcı heyvanlar İnqilab Şahbazova məxsus fərdi təsərrüfatdakı qoyunlardan 8-i parçalayıb. 
 
Kənd sakinlərinin sözlərinə görə, ərazidə əvvəllər də analoji hadisə baş verib.

Google+ WhatsApp ok.ru