Lerikdə 50-yə qədər kəndin elektrik enerjisi kəsilib

Lerikdə 50-yə qədər kəndin elektrik enerjisi kəsilib

Meşəlik ərazilərdən keçən xətlərin əksəriyyəti köhnə olduğundan, rayonun Vizəzəmin istiqamətində daha çox problemlər yaranıb
 
Yağan güclü qar nəticəsində işıqsız qalan Lerik rayonunun 50-yə qədər kəndinə elektrik enerjisinin verilməsi hələ də mümkün olmayıb.
 
Verilən məlumata görə, dünən axşamdan başlayaraq cənub rayonlarına güclü qar yağır.
 
Gecə saatlarında havanın temperaturu 3 dərəcə şaxtadan 8-10 dərəcə şaxtayadək enib.
 
Lerik Rayon Fövqalədə Hallar Komissiyasından bildirilib ki, rayon mərkəzində qarın qalınlığı 10 sm, Piran ərazisində isə 25 sm təşkil edir. Yüksək ərazilərdə isə qarın hündürlüyü daha çoxdur. Küləyin elektrik təsərüfatına vurduğu ziyan aradan qaldırılsa da, yenidən rayonun 50-dək kəndi işıqsız qalıb. Bu dəfə qarın yağması elektrik təsərrüfatında fasilələrin yaranmasına səbəb olub. Qarın ağırlığına tab gətirməyən dirəklər aşıb, naqillər qırılıb. Meşəlik ərazilərdən keçən xətlərin əksəriyyəti köhnə olduğundan, rayonun Vizəzəmin istiqamətində daha çox problemlər yaranıb.
 
Lənkəran-Lerik yolunda isə hərəkətin hələki normaldır. Buzlaşan ərazilərdə lazımi tədbirlər görülür. (report) /

Google+ WhatsApp ok.ru