Sürücülərə qarşı bu qanunu tətbiq etmək mümkün olmayacaq

Sürücülərə qarşı bu qanunu tətbiq etmək mümkün olmayacaq

"Bu layihə pulu xərcləməyə yer tapmayanda hazırlanıb"
 
Dünən yayılan məlumatlarda deyilir ki, ölkəmizdə, yəni təkcə Bakıda yox, respublikanın hər yerində parklanma yerlərindən istifadə qaydalarının pozulmasına görə inzibati məsuliyyət məsələsinə aydınlıq gətirən layihə Milli Məclisdə müzakirəyə verilib. Konkret nələr olduğu bəlli olmasa da, yayılan məlumat bədbin nəticə çıxarmağa bəs edir.
 
Bunu yol-nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib.
 
Onun sözlərinə görə, layihədə qeyd olunur ki, parkomatdan istifadə qaydasını pozanlar (ödənişsiz parklananlar və s.) barəsində xüsusi elektron protokol tərtib olunacaq. Özü də bunu etmək üçün ən müasir parkomatlar (parklanma yerində baş verən hər şeyi avtomatik qeydə alan, emal edən və hətta elektron protokol üçün məlumatı Mərkəzi İnformasiya Sisteminə ötürə bilən və s.) lazımdır.
 
 
Lakin ekspertin fikrincə, bu yenilik yersizdir və onu tətbiq etmək mümkün olmayacaq: "Belə olsa, Bakıda hazırda gördüyümüz parkomatlar istifadəyə yararsız olur, onlar ya təzəsi ilə əvəzlənməli, ya da onlara tam yeni funksiyalar və təbii ki, müvafiq avadanlıq, proqram təminatı əlavə olunmalıdır. Bu isə milyonlarla dollar deməkdir. Ən maraqlısı odur ki, belə parkomatlar yoxdursa, ödənişli parklanma olmaz. Yəni məsələn, Gədəbəydə də belə parkomat qoyub, sonra ödənişli parklanma yeri təşkil etmək olar.
 
Mənə elə gəlir ki, bu layihə haradasa 2 il bundan əvvəl, pulu xərcləməyə yer tapmayanda hazırlanıb. Onu indi qəbul etmək qətiyyən olmaz, onsuz da tətbiq etmək mümkün olmayacaq..." (milli.az) /

Google+ WhatsApp ok.ru