Lerikin 80 kəndində elektrik yoxdur

Lerikin 80 kəndində elektrik yoxdur

-- Cənub bölgəsində elektrik təsərrüfatına daha ciddi ziyan dəydiyi bildirir

Oktyabrın 30-u səhər saatlarından etibarən ölkənin cənub bölgəsində əsən güclü cənub-qərb küləyi yaşayış məntəqələrində bir sıra problemlər yaradıb.
 
Maide.Az bildirir ki, bu barədə AZƏRTAC xəbər yayıb.
 
Xəbərdə bildirilir ki, ağaclar aşıb, elektrik naqilləri qırılıb, elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Bundan əlavə, meyvə bağlarına və bir çox tikililərin dam örtüklərinə ziyan dəyib.
 
Güclü küləyin daha çox Astara və Lerik rayonlarında fəsadlar törətdiyi bildirilir.
 
Astara rayonunun kəndlərində Şəfa Əliyeva və Etibar Bağırovun üstlərinə ağac aşdığı, onların ağır bədən xəsarəti aldıqları bildirilir. Hər iki şəxsin Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirildiyi açıqlanıb.
 
Lerik rayonunun elektrik təsərrüfatına daha ciddi ziyan dəydiyi bildirilir. Verilən məlumata görə, rayonun 80 kəndində işıq yoxdur.
 
Maide.Az -ın yerli sakinlərə istinadən məlumatına görə, Masallı və Cəlilabad rayonlarında da kəndlərin çoxunda işıq yoxdur.  

Google+ WhatsApp ok.ru