Leyla və Arif Yunuslar Hollandiyada

Leyla Yunus və Arif Yunusa ölkəni tərk etməyə icazə verilib. Onlarla axşam danışmışam. Həkim Vit onları müayinə üçün ölkəyə gəlmişdi. Onların səhhətlərinin çox ağır olması barədə yenidən əsaslandılmış rəy yazmışdı. Onlar müalicə üçün ölkədən buraxılıblar.
 
Maide.az xəbər verir ki, bunu vəkil Elçin Sadıqov şəxsi Facebook səhifəsində yazıb.
 
Vəkil onu da qeyd edib ki, tam bəraət alınana qədər məhkəmə işləri davam edəcək.
 
E. Sadıqov bıdirib ki, Yunuslar bu səhər Azərbaycanı tərk ediblər. Onlar müalicə üçün Hollandiyaya gediblər./

Google+ WhatsApp ok.ru