Leyla Yunusa 3 ay həbs verildi

Dövlətə xəyanətdə ittiham olunan Leyla Yunus barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Nəsimi Rayon Məhkəməsinə aparılıb

Leyla Yunus barədə 3 ay həbs qətimkan tədbiri seçildi. Bununla bağlı onun vəkilləri jurnalistlər qarşısında çıxış etdilər.

Hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusa qarşı ittiham elan olunub.

Bu barədə APA-ya vəkil Cavad Cavadov məlumat verib.
 Onun sözlərinə görə, Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178-ci (dələduzluq), 213-cü (vergidən yayınma) və 192-ci (qanunsuz sahibkarlıq), Arif Yunus isə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178-ci (dələduzluq) maddələri ilə təqsirləndirilirlər. 
 Vəkil qeyd edib ki, istintaq Arif Yunusdan başqa yerə getməməklə bağlı iltizam alıb.
 Arif Yunus Respublika Prokurorluğunun Ağır Cinayətlərə dair İstintaq İdarəsinin qarşısında jurnalistlərə bildirib ki, idarədə həkim nəzarətindən keçib: "Səhhətimdə problem olduğu üçün barəmdə həbs qətimkan tədbiri seçilmir. Lakin polisin nəzarətində olacağam və məndən başqa yerə getməməklə bağlı iltizam alınıb”.
Qeyd edək ki, Leyla Yunus bu gün səhər tədbirə gedərkən naməlum şəxslər tərəfindən saxlanılmışdı.  / 

Google+ WhatsApp ok.ru