Leyla Yunusun vəkili həbs oluna bilər

Bu gün Yasamal Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun vəkili Əlayif Həsənovun məhkəmə prosesi keçirilib.
Xatırladaq ki, Bakı İstintaq Təcridxanasında Leyla Yunusla bir kamerada saxlanan Nuriyyə Hüseynova Əlayif Həsənovu şərəf və ləyaqətini alçaltmaqda günahkar bilərək, xüsusi ittiham qaydasında iddia qaldırıb.
Əlayif Həsənov Arqument.az-a açıqlamasında deyib ki, onun vəkilləri - Cavad Cavadov və Muxtar Mustafayev ömründə belə absurd məhkəmə prosesini görmədiklərini etiraf ediblər: "Hətta uzun müddət məhkəmələrdə monitorinq aparmış Ənnağı Hacıbəyli də təsdiq elədi ki, hakim heç nəyə diqqət yetirmədən, nə cür olursa-olsun məhkəməni yekunklaşdırmaq və ittiham hökmü çıxarmaq istəyirdi. O, heç bir vəsadətimizi təmin etmədi".
Leyla Yunusun vəkili həmçinin həbsini də inkar etməyib: "İttiham hökmü sabah elan ediləcək. Onu da qeyd edim ki, əgər məhkəmə belə açıq şəkildə qanun pozuntusu ilə aparılırsa, mən həbsimi də inkar etmirəm. Yəni hər şey siyasi sifarişdən asılıdır".  /

Google+ WhatsApp ok.ru