Liberiyada 26 uşaq mədrəsədə yanğın zamanı həyatını itirib

Liberiyada 26 uşaq mədrəsədə yanğın zamanı həyatını itirib

Liberiyanın paytaxtı Monrovianın kənarındakı mədrəsələrdən birində geniş miqyaslı yanğın baş verib.
 
Maide.Az "islam-today" saytına istinadla xəbər verir ki, yanğın zamanı 26 tələbə və 2 müəllim olmaqla 28 nəfər həyatını itirib. 
 
France Presse ölkə prezidentinin rəsmi nümayəndəsi Solo Kelgbehaya istinad edərək bildirir ki, faciəyənin səbəbi hələlik məlum deyil. 
 
Dövlət başçısı Corc Vea da hadisə yerində olub. Biz hələ yanğının səbəblərini bilmirik, lakin lazımı istintaq aparılacaq" deyərək, həmçinin, həlak olanların ailələrinə başsağlığı verib.
 
Bəzi məlumatlara görə, yanğın mədrəsənin özündə deyil, məscidə bitişik yataqxanada baş verib. Yalnız bir müəllim və iki tələbə sağ qala bilib. Qeyd olunur ki, mədrəsə şagirdlərinin yaşı 10 ilə 20 arasında dəyişir.

Google+ WhatsApp ok.ru